3 C
Baku
Saturday, December 14, 2024

Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkilib

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkiatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayaonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib.

Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına xidmət göstərir.

2. 1 4. 1.

Son xəbərlər
Digər xəbərlər