Təvəllüd: 1954-cü il
Vətəndaşlıq: BƏƏ
Birləşmiş Ərəb Əmirliklərin ən nəhəng kommersiya banklarının birinin sədri və sahibi olan Əbdül Əziz Əl Qurar 1954-cü ildə anadan olub.
Əbdül Əziz Əl Qurar uğurlu bir biznesmen ailəsində böyüyüb. Onu atası Mashreqbank bankının banisi və sahibi olub.
Əbdül Əziz qardaşı Essa kimi təhsilini ABŞ-da, Kaliforniya texniki universitetində alıb. Əmirliklərə qayıdandan sonra Əbdül Əziz atasının əsasını 1960-cı ildə qoyduğu bankda işləməyə başlayır. O dövrdə Mashreqbank bankı fond birjasında və məzənnə mübadiləsi bazarında ixtisaslaşmışdı və bu regionun ən böyük banklarından birinə çevrilmişdi. Bunun digər səbəbi də sənayənin qalxmasında və neft və qaz sənayesinin iqtisadi cəhətdən sürətli inkişafında idi.
2005-2006-cı illərdə baş verən böhrana baxmayaraq, o, Ərəb Əmirliklərinin maliyyə sahəsində liderliyini qoruyub saxlaya bilmişdi. Əbdül Əziz Əl Qurarın ailəsi məhsulların və pul yatırımlarının diversifikasiyası sayəsində bu böhranı yüngül şəkildə keçirtdi.
Əbdül Əziz Əl Qurarın qardaşı Essa və əmisi Saif də uğurlu biznesmenlər hesab edilirlər. Onlar ailəyə mənsub olan nəhəng şirkətlərin idarə heyətlərinin sədrləri və sahibləridirlər. Essa Əl Qurar Yaxın Şərqdə həcminə görə ikinci yerdə olan un üyüdən zavoda rəhbərlik edir.
Saifa illik gəliri bir milyard dollara yaxın olan mağazalar və supermarketlər şəbəkəsi məxsusdur. Lakin ailənin ən məşhur siması Əbdül Əziz Əl Qurardır. Çünki Mashreqbank bankı ailənin ən dəyərli “mülkiyyətidir”. Bankın dəyəri 8milyard ABŞ dolları təşkil edir.
Ailə sərvətinin əsasını mirvarilər təşkil edir. Əbdül Əziz Əl Qurarın üçüncü nəsil əcdadları mirvari ticarəti ilə məşğul olmağa başlamışdı və bunun sayəsində sərvət toplamışdılar. Əldə etdikləri vəsaitlərlə daha sonra ailənin nisbətən cavan üzvü bank açır. Və bu bank ailənin fəxrinə çevrilir. Bəlkə də bu səbəbdən Əl Qurar ailəsi ətraf mühitin, Qırmızı dənizin və mərcanların mühafizəsinə böyük diqqət ayırır. Bunun üçün fəaliyyətini Əbdül Əziz Əl Qurarın maliyyələşdirdiyi xüsusi bir fond açılır. Bundan savayı, o, xeyriyyəçiliyi ilə də məşhurdur. Məsələn, bu yaxınlarda keçirilən kampaniya sayəsində, İraqda məktəblərin tikintisinə vəsait ayrılmışdı.