“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişinin qüvvədə olma müddəti açıqlanıb.
Saziş 3 il müddətinə bağlanır.
Sənəddə qeyd edilib ki, tərəflərin müqavilənin ləğv etmək niyyəti barədə ən azı 3 ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.
Qeyd edək ki, Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi Milli Məclisin aprelin 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.