10 C
Baku
Monday, November 25, 2024

“TCF” BOKT borca girib, müştərilərə kredit verib

“TCF” Bank Olmayan Kredit Təşkilatı ASC 2020-ci il üzrə audit hesabatında xalis mənfəət etdiyi məlum olub.

Banker.az xəbər verir ki, BOKT-un faiz gəlirlərinin həcmi 528 min manat olub. Faiz xərclərinin həcmi 123 min manat, əməliyyat xərcləri 312 min manat olub, bu da BOKT-un ümumi mənfəətinin 88 min manat olmasına gətirib çıxarıb. Bununla da illərin yığılmış zərəri 375 min manatdan 287 min manata qədər azalıb. Balansındakı zərərə görə, “TCF” mənfəət verigisindən azad olub və 88 min manat xalis mənfəət əldə edib.

BORCA GİRİB KREDİT VERİR

“TCF” müştərilərə verdiyi kredit portfelini son bir ildə 3.88 dəfə böyütməklə 2 milyon 748 min manata qədər artıb.  BOKT-un aktivlərinin həcmi isə 3 milyon 160 min manata qədər yüksəlmişdir.

“TCF” BOKT bu kreditləşməni maliyyə qurumlarından cəlb etdiyi kreditlər hesabına gerçəkləşdirib. Ötən il ərzində borc öhdəliyinin həcmi 20 min manatdan 2 milyon 103 min manata qədər yüksəldib. BOKT əsasən yerli banklardan və Azərbaycan Mərkəzi Bankından kreditlər cəlb edib.

Digər 894 min manatı isə əlavə yaranmış öhdəliklərdir. Bununla da cəmi öhdəliklərin həcmi 2 milyon 997 min manatdır.

2010-cu ildə yaradılmış, hər bir səhmin nominal dəyəri 1000 manat olan (cəmi 450) “TCF” BOKT 450 min manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100% Tahir Rəhimova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər