Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə iki ayda 18 milyon 897 min manat həcmində sığorta haqqı yığılıb.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 2 milyon 346 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5 milyon 967 min manat və ya 6.2%, ödənişlər isə 791 min manat və ya 25% azalıb.
Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə 6 milyon 515 min manat manat sığorta haqqı yığılıb, 36 min manat ödəniş edilib. Bu da öz növbəsində 7% azalma deməkdir.