Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi ötən həftə azalaraq 90.64 milyard dollara düşüb.
Banker.az xəbər verir ki, TCMB-nin valyuta ehtiyatları son həftə ərzində 2 milyard 521 milyon dollar, yaxud 2.7% azalıb.
Xatırladaq ki, TCMB son iclasında monetar siyasətini daha da sərtləşdirməklə uçot faiz dərəcəsini 17%-dən 19%-ə qədər yüksəldib.
Hazırda USD/TRY valyuta cütlüyü 8.1557 səviyyəsindədir. Bu həftə başlarkən 8.45-lərə qədər yüksəlmişdi.