1 C
Baku
Saturday, December 14, 2024

OPEC+ neft hasilatının maydan tədricən bərpa olunması barədə razılığa gəlib

OPEC+ ölkələrinin nazirləri may ayından etibarən neft hasilatının bərpasına başlamaqla bağlı razılığa gəliblər.

Bu barədə TASS-a OPEC-dəki mənbə məlumat verib.

“Bəli, artım olması ilə bağlı razılığa gəldik, o, tədricən olacaq”, – mənbə həcm göstərmədən deyib. Söhbət may-iyul ayları arasındakı dövrdən gedir.

Daha sonra nazirlərin danışıqlarına qatılan iki mənbə OPEC+ ölkələrinin may-iyul aylarında gündəlik neft hasilatını 1,14 milyon barel həcmində bərpa edə biləcəklərini söyləyib. Onların məlumatına görə, may və iyun aylarında gündəlik artım 350 min barel, iyulda isə gündəlik 441 min barel olacaq. Səudiyyə Ərəbistanı da may ayından etibarən könüllü hasilat ixtisarını yumşaldacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər