10 C
Baku
Thursday, December 12, 2024

Atambayevin həbs müddəti yenə uzadıldı

Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs müddətini iyunun 7-dək uzadıb.

“Veçerni Bişkek” xəbər verir ki, bu barədə onun oğlu Səid Atambayev sosial şəbəkədə bildirib.

Belə ki, kriminal avtoritet Əziz Batukayevin azad edilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, A. Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında yol verilən korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqustunda həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunur.

Atambayev son zamanlar səhhətinin pisləşməsi ilə bağlı məhkəmə proseslərində iştirak etmir.

Daha əvvəl sabiq Prezidentin həbs müddəti 7 aprelə qədər uzadılmışdı.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər