Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə iki ayda 5 milyon 585 min manat sığorta haqqı hesablanıb.
Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2020-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 4 milyon 586 min manat və ya 45% azalıb.
2021-ciilin yanvar-fevral dövründə avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə sığorta ödənişləri 499 min manat və ya 23% azalıb. Belə ki, bu dövrdə 1 milyon 680 min manat sığorta ödənişi edilib