2 C
Baku
Saturday, December 14, 2024

TƏBİB koronavirusun müalicə protokollarını yayıb

COVİD-19″ xəstələri ilə çalışan həkim heyətinin və bu infeksiyaya yoluxmuş şəxslərin nəzərinə:

Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir.

Banker.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Salam, əziz həmkarlar. Məlumatı paylaşa bilərsiz

Son xəbərlər
Digər xəbərlər