2 C
Baku
Saturday, December 14, 2024

“Fitch”: Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını artıracaq

2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilat; 767,5 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 2,1% çoxdur.

“Fitch Solutions” şirkətindən verilən məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 777,7 min barel təşkil edəcəyi gözlənilir. Şirkətin analitikləri proqnozun artmasını “OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) gündəlik neft hasilatını tədricən artırması gözləntisi ilə əsaslandırır.

Uzunmüddətli proqnoza gəldikdə, 2023-cü ildə neft və digər maye karbohidrogenlər hasilatının 781,6 min barelə qədər çatacağı güman edilir.

Qeyd edək ki, “Fitch Solutions” Azərbaycanın 2020-ci ildə gündəlik neft və digər maye karbohidrogenlər hasilatının 752 min barel səviyyəsində olduğunu bildirir.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcəyini proqnozlaşdırır. Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 800 min barel təşkil edəcək. Bu, martda verilən proqnozla müqayisədə 20 min barel azdır.

Son xəbərlər
Digər xəbərlər