20 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan Ukraynaya 112 milyon dollarlıq neft ixrac edib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynaya 111.481 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iki ayda Azərbaycandan Ukraynaya 339 min ton həcmdə xam neft ixrac edilib.

Onu da qeyd edək ki, Azərbaycanın bu ilin yanvar-fevral aylarında ixrac etdiyi və 2 044 milyon ABŞ dolları gəlir əldə etdiyi 5 694 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ən böyük alıcısı İtaliya olub.

Son xəbərlər
Digər xəbərlər