2 ayda Azərbaycandan 331 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 515 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 2 903 milyon dollarını və ya 64.3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1612 milyon dollarını (35.7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 291 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7.5 faiz, real ifadədə 17.1 faiz, o cümlədən idxal 28.3 faiz, ixrac isə 10.6 faiz azalmışdır.

2021-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12.1 faiz artmış, real ifadədə isə 3.2 faiz azalaraq 331.3 milyon dollar təşkil etmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər