5 C
Baku
Saturday, December 14, 2024

“Audi” yeni “yığcam yolsuzluq avtomobilini” təqdim edib – Foto

Almaniyanın avtomobil istehsalçısı “Audi” rəsmi olaraq yeni yığcam elektrikli avtomobillərini təqdim edib – “Q4 E-Tron” və “Q4 Sportback E-Tron”.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bunlar şirkətin “Volkswagen”in “MEB” platforması üzərində yığacağı ilk modellərdir. 

Baza komplektasiyada “Q4 E-Tron” bir şarjla 341 km, “Q4 Sportback E-Tron” isə 349 km məsafə qət edir. Avtomobillərin maksimum sürəti 160 km/s təşkil edir. 

Maksimum konfiqurasiyada “Q4 E-Tron” və “Sportback E-Tron” müvafiq olaraq 488 km və 497 km məsafə qət edirlər. Burada maksimum sürət 180 km/s təşkil edir.

audi1 audi2

Hər iki model 10.1 düymlük ekran, 11.6 düymlük sensorlu panel, smartfonu şarj edən panel, o cümlədən “Apple”ın “CarPlay” və “Android Auto” sistemləri ilə təchiz edilib. 

indir 13 indir 12

“Q4 E-Tron” modelinin qiyməti 41 900 avrodan, “Q4 Sportback E-Tron” modelinin qiyməti isə 43 900 avrodan başlayacaq. Avtomobillər 2021-ci ilin yay aylarında Almaniyada satışa çıxacaq.

“The Verge” qeyd edir ki, yeni modellər “Audi”nin böyük elektromobil istehsalçısına çevrilmək üçün bir fürsətdir. Daha əvvəl bildirildiyi kimi, şirkət 65 900 avro qiymətinə yeni “E-Tron” elektromobilini təqdim etmişdir. 2020-ci ildə istehsalçı 50 min ədəd “E-Tron” və “Sportback E-Tron” tədarük edib. 

Fevral ayında “Audi” yeni “E-Tron GT” elektromobilini nümayiş etdirmişdir.

Son xəbərlər
Digər xəbərlər