2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin ilk 2 ayı ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında dərman vasitələrinin idxalı 1.8 dəfə azalıb.
Qeyd edək ki, ilk 2 ayda 79 ölkəyə məhsul ixrac olunub, 133 ölkədən idxal olunub.