12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib

ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.

ABŞ maliyyə nazirliyi isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər