Bu ilin yanvar-mart aylarında Azərbaycandan 3 milyon 414 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.2% azalıb.
Cari ilin üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.68%-ə bərabər olub.