Rusiyanın Energetika Nazirliyi daxili yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün bir sıra neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edilməsini dəstəkləməyə hazırdır.
Bu bəyanatı Rusiya baş nazirinin müavini Aleksandr Novak verib.
“Hazırda bu, hökumətdə müzakirə olunur. Son qərarı hökumət verəcək”, – o deyib.