9 C
Baku
Thursday, December 12, 2024

İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib

Bu ilin birinci rübündə Azərbaycan Belarusa 360,1 min ton neft tədarük edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətininn (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfax”a bildirib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə 360,1 min ton ümumi həcmdə Azərbaycan nefti 4 tanker ilə Belarusa göndərilib: “İki tanker Türkiyənin Ceyhan limanından, daha iki tanker isə Gürcüstanın Supsa limanından göndərilib”.

O, həmçinin məlumat verib ki, apreldə SOCAR tərəfindən Belarusa neft nəql olunmayıb və “yaxın zaman üçün sorğular daxil olmayıb”.

Qeyd edək ki, SOCAR-ın törəmə “SOCAR Trading” şirkəti Belarus tərəfi ilə 2021-ci ildə təxminən 1 mln ton neftin tədarükünə dair müqavilə bağlayıb. “SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun “Belneftexim” konserninə neft tədarük etməyə başlayıb.

Ümumilikdə, 2020-ci il ərzində SOCAR tərəfindən “Belneftexim” konserninə 1 milyon tona yaxın neft göndərilib. Bunun təminən 720 min tonu Azərbaycan nefti, qalanı – qeyri-Azərbaycan neftidir.

Son xəbərlər
Digər xəbərlər