2003-cü ildə rusiyalı riyaziyyatçı Qriqori Perelman Poincaré hipotezini sübut etmişdi. Bu hipotezin artıq 100 il yaşı var idi və ondan ibarət idi ki, çıxıntısı olmayan istənilən fiqur kütləyə çevrilə bilər. Dünyanın ən ağıllı insanlarından biri hesab edilən Perelman teoremin iki isbatını 2002 və 2003-cü illərdə nəşr etmişdi.
Onun isbatını riyaziyyatçılar yalnızca 2010-cu ildə yoxlaya bildilər. Bu hipotez Kembridcdə Kle riyaziyyat istitutu tərəfindən verilən yeddi tapşırıqdan biri idi. Bu tapşırıqlardan istənilən birinin isbat edilməsi üçün 1 milyon dollar və The Fields medalı nəzərdə tutulmuşdu. Bu medal riyaziyyatda Nobel mükafatına layiq görülmüşdü. Pis deyil, elə deyilmi?
Lakin Perelmana mükafat təklif edildikdə o, bundan imtina etmişdi. Dahi mükafatdan imtina etmiş və bildirmişdi ki, onun isbat zamanı əldə etdiyi biliklər istənilən maliyyə mükafatından üstündür.
O demişdi: “Məni pul və yaxud məşhurluq maraqlandırmır. Boşluq hər yerdədir və hesablana bilər, bu da bizə inanılmaz imkanlar qazandırır. Mən kainatı necə idarə etmək lazım olduğunu bilirəm. Belə isə, deyin mənə, nəyə görə milyonların ardıyca qaçmalıyam?”. 45 yaşlı dahi hazırda öz anası və bacısı ilə doğma Sankt-Peterburq şəhərində yaşayır.