Bank sektorunun cəmi öhdəlikləri 27 milyard 672 milyon manat olub ki, bu da illik müqayisədə 0.7% artım deməkdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sektorunun depozit portfeli (maliyyə institutları istisna olmaqla) 21 milyard 050.5 milyon manat olub. Bunun 8 milyard 012.8 milyon manatı fiziki, 13 milyard 037.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.
2021-ci ilin fevral ayında isə bank sektorunun depozit portfeli 20 milyard 653.8 milyon manat, ötən ilin martında isə 20 milyard 586.6 milyon manat təşkil edib.