12 C
Baku
Wednesday, December 11, 2024

“Turanbank”ın kredit portfeli böyüyüb, mənfəətdədir

“Turan Bank” ASC 2021-ci ilin ilk rübünü 105 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2020-ci ilin eyni dövründə 645 min manat mənfəətlə çıxmışdı.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 10 milyon 339 minmanat (əvvəlki illə müqayisədə 0.9% çox), xərcləri 10 milyon 223 min manat (6% çox) təşkil edib.  Ötən ilin 3 ayında isə bankın gəlirləri 10 milyon  251 min manat, xərcləri 9 milyon 657 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 597.689 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8.3% çoxdur. Bunun 356.093 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ilin 3 ayında Bankın kredit portfeli 1.4% böyüyüb.

DEPOZİTLƏRİ ARTIB

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 9.7% artaraq 517 milyon 50 min manata, o cümlədən müştərilərin depozitləri 11% artaraq 311 milyon 107 min manata, cəmi kapitalı 0.3% artaraq 80 milyon 638 min manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.

t1 t2oh1oh2

Son xəbərlər
Digər xəbərlər