Çinin “Longsys” şirkəti SATA interfeysinə malik ən miniatür ölçülü istehlak xarakterli SSD disk təqdim edib. Çəkisi 2 qram və həcmi 1 TB olan yeni disk öz texniki xüsusiyyətlərinə görə böyükölçülü analoqları ilə tamamilə eynidir.
Ölçüləri 33,4 x 17,2 x 1,23 mm təşkil edən diskin həcmi modifikasiyadan asılı olaraq 128 QB, 256 QB, 512 QB və ya 1 TB-ə bərabərdir. Məlumatların ötürülmə sürəti 6 Qbit/san təşkil edir.
İstehsalçının məlumatına görə, diskin oxuma sürəti 550 MB/s-dək, yazma sürəti 550 MB/s-dək təşkil edir, həmçinin 1,5 milyon saatadək işləmə və 3 il zəmanət müddəti verilir. Sudan qorumaya malik patentlənmiş zərbəyədavamlı qablaşdırmada olan daşıyıcı indi Çin, Tayvan, ABŞ, Cənubi Koreya, Yaponiya, Kanada, Braziliya, Avropa Birliyi və başqa regionlarda sertifikatlaşdırma prosesindən keçirilir.