10 C
Baku
Monday, November 25, 2024

Lilian Betankur

Təvəllüd: 21.10.1922-ci il

Vətəndaşlıq: Fransa

Lilian Betankur 1922-ci ilin 22 oktyabrında Fransada anadan olmuşdur. Hal- hazırda «Forbes» jurnalının ən varlı insanlarının reytinqinə əsasən Lilian Batankur 17-ci yerdədir. 2008-ci ilin qiymətləndirilməsinə görə onun sərvəti 22,9 milyard ABŞ dolları təşkil edir.

Lilian “L`Oreal” brendinin təsisçisi Eugene Schuellerin yeganə övladıdır. Beş yaşında ikən Lilian öz anasını itirir.

Lilian fransız siyasi iş adamı Andre Betankur ilə tanış olur və 1950-ci ildə onunla ailə həyatı qurur. Onlar Andre ilə 2007-ci ilə qədər, o, vəfat edənə qədər, bir yerdə yaşamışdılar. Onların qızı Fransuaza Betankur anasının işini davam etdirir və “L`Oreal” şirkətinin idarə heyətinə daxildir.

Lilian Betankur “L`Oreal” şirkətini atasından miras olaraq almışdı. Ona şirkətin 27,5 %-i düşmüşdü. Şirkətin 26,4%-i “Nestle”yə, 46,1%-i isə ictimai auksionun payına düşmüşdü.

“L`Oreal” şirkəti kosmetika və parfümeriya ilə məşğul olan dünyanın ən aparıcı şirkətlərindən biridir. Şirkətin qərərgahı Fransada Kliçi şəhərində yerləşir. Bu şirkət dəriyə, saçlara qulluq, makiyaj vasitələri və ətirlərin istehsalı üzrə ixtisaslaşıb.

Hər şey belə başlamışdı: 1907-ci ildə fransız kimyaçısı Ejen Şueller saçların qoruyucu rəngini təmin edən yeni bir kimyəvi düstür icad etmişdi. Yarışların birində o, bəzi modellərin saçları üzərində bu kəşfi sınaqdan keçirtməyi təklif edir. Bu sınaq müvəffəqiyyətlə sonuclanır. Daha sonra Ejen Şueller saç boyaları istehsalı ilə məşğul olmağa başlayır və Paris bərbərləri ilə iş əlaqələri qururdu.

1909-ci ildən etibarən yeni bir təşkilat qeydiyyatdan keçir və daha sonralar bu təşkilat inkişaf edərək “L`Oreal” şirkətinə çevrilir. Hətta 41-45-ci illərin müharibəsi belə Ejen Şuellerin biznesinə zərər gətirə bilmir. Şirkətin texnologiyaları inkişaf edir və bu şirkətə digər uğurlu şirkətlərlə rəqabət aparmağa və onun hal-hazırdakı sahibi Lilian Betankura külli miqdarda qazanc əldə etməyə imkan yaradır.

Lilian Betankur Fransa ərazisində Bernar Arnodan sonra ikinci ən varlı insan hesab edilir.

Lilian ölkənin təhsilinin, elminin və mədəniyyətinin inkişafını dəstəkləyən bir fond yaradıb.

Son xəbərlər
Digər xəbərlər