11 C
Baku
Wednesday, December 11, 2024

“Apple” beş il ərzində ABŞ iqtisadiyyatına $430 mlrd. investisiya qoymağı planlaşdırır

“Apple” korporasiyası beş il ərzində ABŞ iqtisadiyyatına 430 milyard dollar investisiya qoymağı planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu pula həmçinin ABŞ təchizatçılarından komponentlərin alınması, məlumat mərkəzlərinin yaradılması, 5G texnologiyalarının inkişafı və digər layihələrə qoyulan investisiyalar daxildir. Qeyd edək ki, şirkət həmçinin ABŞ-da 20 min yeni iş yeri açmağı planlaşdırır.

“Apple”ın digər məqsədlərindən biri Şimali Karolinada yeni şəhərcik və mühəndislik mərkəzi yaratmaqdır. Bu layihəyə investisiyaların 1 milyard dollardan çox olacağı bildirilir. Eyni zamanda layihə sayəsində maşın öyrənməsi, süni zəka, proqram təminatının yaradılması və digər sahələrdə 3 mindən çox yeni iş yeri açılacaq.

Daha 110 milyon dollar Şimali Karolinada genişzolaqlı rabitə, məktəblər, yollar və digər infrastruktur layihələrinə xərclənəcək. “Bloomberg”in verdiyi məlumata görə, şirkət bunu Co Baydenin açıqlamasından sonra qərara alıb. Xatırladaq ki, aprel ayında ABŞ prezidenti xarici mənfəət vergisini artırmağı planlaşdırdığını bildirib.

Bu xəbərin fonunda “Apple”ın səhmləri 1%-dən çox bahalaşaraq 134.51 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər