-1 C
Baku
Sunday, December 15, 2024

“Tesla” ilin birinci rübünü rekord mənfəətlə başa vurub

Amerikanın elektromobil istehsalçısı “Tesla Inc” ilin birinci rübünü rekord mənfəətlə başa vurub. Qeyd edildiyi kimi, bu müddət ərzində şirkətin gəlirləri 10.39 milyard dollara çatıb.

Bu rəqəm gəlirin 5.99 milyard dollara çatdığı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 74% çoxdur. Bildirilir ki, şirkətin xalis mənfəəti 438 milyon dollar təşkil edib. Bununla yanaşı, bir il əvvəl bu göstərici 16 milyon dollar olub.

Eyni zamanda “Tesla” yanvar-mart aylarında təxminən 184 min “Model 3” və “Model Y” avtomobili təqdim edib. Daha bahalı olan “Model S” və “Model X” avtomobilləri bu dövr ərzində istehsal edilməyib.

Şirkət bu il avtomobil tədarükünü 50%-dən çox artırmağı planlaşdırır. Xatırladaq ki, yanvar ayının sonunda “Tesla” 2022-ci ildə “Roadster” elektromobilini təqdim edəcəyini açıqlayıb. Gələcək avtomobilin dizaynı 2021-ci ilin yayında təsdiq ediləcək.

Son xəbərlər
Digər xəbərlər