19 C
Baku
Sunday, September 29, 2024

I rübdə vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard manat vəsait daxil olub

2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11.3 milyon manat vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xİdmətindən məlumat verilib.

Bildirilib ki, bunun 2 milyard 85.7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925.6 milyon manatı isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi daxilolmaları üzrə proqnoza 121.1 faiz əməl olunub, proqnoza nisbətən 363.9 mln. manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45.78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72.4 faizi qeyri-neft-qaz sektorunun, 27.6 faizi neft-qaz sektorunun payına düşüb.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər