Süni intellekt texnologiyaları hazırlayan Anthropic avqustun sonunda IPO keçirmək üçün açıq müraciət təqdim etməyi planlaşdırır. Bloomberg məlumatlı mənbələrə istinadən yazır ki, şirkət SpaceX-in uğurunu təkrarlamağa və ya onu üstələməyə ümid edir.
Agentliyin məlumatına görə, səhmlərin birjada yerləşdirilməsinin detalları, o cümlədən IPO-nun həcmi ilə bağlı müzakirələr hələ davam edir və şərtlər dəyişə bilər.
Anthropic-in maliyyə direktoru Krişna Rao tərəfindən investorlar üçün keçirilən son brifinqlərdə isə şirkətin mümkün qiymətləndirilməsi məsələsi müzakirə olunmayıb.
Beş il əvvəl yaradılmış Anthropic may ayında 65 milyard dollar investisiya cəlb edib və həmin raundda şirkət 965 milyard dollar qiymətləndirilib.
Bununla Anthropic mart ayında 122 milyard dollar investisiya cəlb edən və 852 milyard dollar qiymətləndirilən ChatGPT-nin yaradıcısı OpenAI-ni geridə qoyub.







