6 C
Baku
Monday, December 16, 2024

Kuba – sovet dövrünü yaşadan ölkə

Kuba – turistlərin böyük maraqla görmək istədiyi bir ölkədir. Məhz burada hələ də sovet izlərinə rast gəlmək mümkündür və məhz bu ölkə yalnız öz rom içkisi ilə deyil, yüksək təhlükəsizlik səviyyəsi ilə də məşhurdur.

Bəs bu ölkə haqqında nələri bilirik:

  • Turistlər nəinki tarixi şəhərləri görməyə, həmçinin yerli əhali ilə səmimi ünsiyyət qurmağa da can atır.
  • Turistlərlə yerli əhali arasında ünsiyyət isə asanlıqla qurulur və hər bir kubalı qonaq gəlmiş şəxsə kompliment etməyi lazım bilir. Bu səmimi qəlbdən və xoş niyyətlə edilir.
  • Kubalılar təhsillidirlər, çünki burada təhsil hamı üçün əlçatan və ödənişsizdir.
  • Burada tibbi yardım da tamamilə pulsuz olaraq göstərilir. Bu yerli əhali üçün böyük dəstəklərdən biridir. Bütün bu proqressiv addımlara baxmayaraq, Kuba bir çox məhsul və tərəvəzlərin hələ də “kartoçka” vasitəsilə satıldığı bir ölkədir.
  • Kubanın heç də hər yerində internet əlçatan deyil. Dövlət və bələdiyyə orqanlarında internetə çıxış peyk vasitəsilə həyata keçirilir.
  • Burada mobil əlaqə də bahadır və ölkənin yeganə mobil şəbəkə şirkəti Cubacel-dir. Kubada reklam da yoxdur.
  • Bu ölkədə sərbəst ticarət mövcud deyil və hər şey dövlətin nəzarəti altındadır. Belə ki, burada ət, dəniz məhsulları, bir çox mövsümi məhsullarla ticarət mümkün deyil. Kartof, kök və çuğundur mövsümdən asılı olaraq belə desək, yoxa çıxa bilər.

Son xəbərlər
Digər xəbərlər