Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankdan Banker.az saytına daxil olan məlumata əsasən, bankın kredit portfeli illik müqayisədə 16,6% artaraq 2015-ci il yanvarın 1-nə 5,868 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 678,5 mln. manat təşkil edib.
Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulmuşdur. Beləliklə, 1 yanvar 2015-ci il tarixinə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub.
Bankın məcmu kapitalı 1008,4 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 590,2 mln. manata çatdırılıb.
Bankın gəlirləri 585,8 mln. manat təşkil edib. 2014-ci ilin ABB-nın xalis mənfəəti 64,5 mln. manat təşkil edib.