2021-ci ilin yanvar-mart aylarında Bakıda ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.3 faiz artaraq 2 milyard 749.7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8 faiz azalaraq 2 milyard 617 milyon manata bərabər olub.
Banker.az Bakı Şəhər Statistika İdarəsinin hesbatına istinadən xəbər verir ki, İstehlak məhsullarının 35.2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16.8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.