15 C
Baku
Sunday, November 24, 2024

Rəşad Alıyev: “Reklamın effektiv kanalı kimi internet gələcəkdə əvəzsiz rola malik olacaq”  

Müsahibimiz:  “Muğanbank”ASC-nin Marketinq departamentinin direktoru Rəşad Alıyev

Rəşad Alıyev bank karyerasına keçmiş Azərnəqliyyatbankda sıravi işçi kimi başlamış və daha sonra departament direktoru vəzifəsinə qədər yüksəlmişdir. 2005-ci ildə “Muğanbank” ASC-yə dəvət almış və 7 il filial müdiri vəzifəsində çalışmışdır. Artıq 2 ildən çoxdur ki, “Muğanbank” ASC-nin Marketinq departamentinin direktoru kimi fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var.

 “Mən özümü bu sahədə tapmışam. Fikrimcə, marketinq sahəsi çox maraqlı və günü-gündən inkişaf edən bir sahədir. “Muğanbank” ASC xarici ölkələrdə keçirilən bir neçə forumun baş sponsoru olub,və mən həm iştirakçı olmuşam həm də məruzəçi kimi çıxış etmişəm.Bu forumlarda marketinq və bank sahələrində olan yeni innovasiyalar və texnologiyalar müzakirə olunub. Biz çalışırıq bu yenilikləri öz işimizdə tədbiq edək”, deyə Rəşad Alıyev bildirir.

Təbii ki, filial açmaq daha çox digər departamentlərin vəzifəsi olmasına baxmayaraq, filiala müştərilərin cəlb edilməsi yükünün çox hissəsi marketinq departamentinin çiyinlərinə düşür. Sizin fikrinizcə, hər hansı region filialının açılması mərhələsi marketinq baxımından hansı mərhələlərdən keçməlidir (Misal üçün filial açılmamışdan 3 ay əvvəl həmin regionda bilbordlarda reklamın getməsi, filialın xüsusi formatda bəzədilməsi və s.) ?

– Regionlarda əvvəla hansı məhsula və hansı xidmətə daha çox təlabatın olması ilə bağlı  araşdırmalar aparılır. Əhalinin təlabatını ödəyə bilmək üçün rahat olan bir məkən seçilir və işçi heyəti formalaşdırılır. Həm də regionlarda bankın filialının açılması yeni iş yerlərinin açılması deməkdir. Mərkəzi Bankdan lisenziya verildikdən sonra bankın filialı nəzərdə tutulan rayon mərkəzində fəaliyyətinə başlayır. 2014–cü ildə əsas prioritetlərimizdən biri bankın regional şəbəkəsini daha da genişləndirmək olub.  Nəticədə regionlarda filiallarımızın sayı 29-a çatmışdır. Həmçinin, Bakıda 15 filialımız, Moskva şəhərində isə nümayəndəliyimiz fəaliyyət göstərir.Qeyd etmək istəyirəm ki, Muğanbank filial şəbəkəsinin genişliyinə görə ön sıralardadır.

Muğanbankda mövcud olan bank məhsulları barəsində fikirlərinizi bilmək istərdik.

Onu da qeyd edim ki, biz standart bank məhsullarından əlavə fərqli məhsullar təqdim etməyə çalışırıq.  5 il bundan qabaq “Muğanbank” ASC Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış adsız istiqrazlarını bazara çıxardı. Nominal dəyəri 50 AZN olmaqla bir milyon ədəd adsız istiqraz emissiya edilmişdir. Bu məhsul əhalidə böyük maraq yaratmışdı. İstiqrazları “Muğanbank”ASC-nin, həmçinin partnyor bankların filiallarından əldə etmək mümkündür.  İstiqrazlar üzrə tiraj hər 45 gündən bir keçirilir. Hər tirajda 100 manatdan 50 min manata qədər 2 min ədəd uduş oynanılır.

“Muğanbank” ASC-nin daha bir məhsulu 2011-ci ildə yaradılan “MONEX” təcili pul köçürmə sistemidir. “MONEX” sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. “MONEX” sisteminə Azərbaycanda 30-a yaxın partnyor bank qoşulmuşdur.

«Muğanbank»  Azərbaycanda müştərilərinə FOREX bazarında əməliyyatlar həyata keçirməyə imkan verən ilk bankdır. FOREX – çox maraqlı, cəlbedici,  amma çətin bir sahədir. Ötən illər ərzində Muğanbank Forex sahəsində müştərilərin etimadını qazanaraq bazarda öz mövqesini möhkəmləndirdi.

Ümumiyyətlə, yeni məhsul və layihələrimiz arasında “Gift card” hədiyyə kartını (http://www.muganbank.az/retail/Visa_Gift/ )  xüsusi qeyd etmək istərdim.

Hədiyyə kartının nominal məbləği  50, 100 və 150 AZN təşkil edir və kartı alan zaman ödənilir. Hədiyyə  kartlarını yalnız Muğanbank  filiallarından deyil həm də müxtəlif  ticarət mərkəzlərindən və  marketlərdən əldə etmək mümkündür. Həmçinin, bu  kartları şəxsiyyət vəsiqəsini təqdim etmədən almaq olar.

Bu hədiyyə kartı həm ölkə daxilində, həm də ölkədən kənarda  mal və xidmətlərin haqqının nağdsız ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Gift card”-ın bəzi üstünlükləri qeyd etmək istərdim.

– Ad gününə və yaxud hər hansı əlamətdar hadisəyə uyğun hədiyyə bağışlamağın ən optimal yolu.

– Hədiyyə axtarmağa zaman sərf etmədən dosta, tanışa, yaxın yoldaşa dəyərli hədiyyə bəxş etməyin asan yolu.

– «Visa Gift» kart adsız olduğundan, internet alış- verişi zamanı şəxsiyyətinin identifikasiya olunmasını istəməyən müştərilər üçün əvəzolunmazdır.

-Ekstremal vəziyyətdə “VisaGift” kartın üstünlüyü artır.Məsələn, siz müəyyən ödəniş etmək istəyirsiniz,amma kartınız boşdur, iş günü sona yetdiyindən banklar işləmir. Bunun üçün marketə və ya ticarət mərkəzinə daxil olub kartı əldə etmək mümkündür.

2015-ci ildə əmanətlərin gəlir vergisinə cəlb olunması bankların əmanətlər üçün müştəri cəlb etməsində çətinlik yarada bilər. “Muğanbank” ASC əmanətçilərin vergiyə cəlb olunması ilə bağlı hansısa yeni planlar hazırlayırmı?

– Düşünürəm ki, əmanətlər üzrə faizlərə gəlir vergisinin tədbiqi bank sektorunda depozitlərin cəlbinə çox təsir etməyəcək. Qeyd etmək istəyirəm ki, əmanətlərin üzrə qəlirlərdən verginin tutulması  bir çox ölkələrdə tədbiq olunur və bunu normal hal kimi qəbul etmək lazımdır. Sadəcə olaraq, banklara müştərilərin cəlb olunmasına kömək   məqsədilə bir neçə il əvvəl (1999 ildən)əmanətlər üzrə vergi faizlərinin tutulmasına ara verilmişdi.

Hazırda qiymət və keyfiyyət baxımından ən yaxşı reklam kanalları sizcə hansılardır (televiziya, radio, internet, qəzet, tədbirlər və s.)? Ümumiyyətlə, yeni müştərilərin cəlb olunmasında hansı reklam kanalları effektiv işləyir? Həm uzunmüddətli, həm də qısamüddətli strategiya baxımdan məlumat verərdiniz.

– Ümumdünya praktikasında ən effektiv reklam kanalları təbii ki, ilk növbədə televiziya və radio hesab olunur . Hazırkı tendensiya onu göstərir ki, internet reklam, mobil marketinq və bank məhsullarının internet vasitəsi ilə satışlarının həyata keçirilməsinin əhəmiyyəti artmaqdadır.İndiki zamanda  insanların çox vaxtını virtual dünyada(internetdə) keçirmələrini müşahidə edirik,bu faktı nəzərə alaraq internetdə reklam vermək daha məqsədəuyğun hesab edirəm- bu mənin subyektiv fikrimdir.

Son xəbərlər
Digər xəbərlər