18 C
Baku
Friday, November 22, 2024

ABŞ-ın əczaçılıq şirkətlərinin səhmləri patentdən imtina xəbəri fonunda çöküb

Almaniya, ABŞ və Çinin koronavirus əleyhinə peyvənd yaradan əczaçılıq şirkətlərinin səhmləri 4.1-22.7% arasında çöküb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, bu, ABŞ administrasiyasının peyvəndlərə dair patentlərdən imtinanı dəstəkləməsi fonunda baş verib.

Ən çox “BioNTech” şirkətinin qiymətli kağızları düşüb. Bildirildiyi kimi, Frankfurt fond birjasındakı ticarət zamanı şirkətin səhmləri 22.7% ucuzlaşaraq 122 avro səviyyəsinə düşüb. Bununla bilikdə, “Pfizer” səhmlərinin dəyəri Nyu-York fond birjasında cəmi 4.1% azalıb və 37.96 dollar təşkil edib.

Dünyanın ən yaxşı peyvəndi olaraq tanınmasına baxmayaraq, Amerikanın “Moderna” əczaçılıq şirkətinin səhmləri “Nastaq” birjasında 11.9% düşüb və 143.56 dollar səviyyəsində olub. Daha bir Amerika şirkəti “Novavax”ın səhmləri demək olar ki, 10% düşüb və 155 dollar dəyərində olub.

Patentlərdən imtina

5 may tarixində ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tay prezident Co Bayden rəhbərliyinin koronavirus əleyhinə peyvəndlərə münasibətdə intellektual mülkiyyət hüququnun qorunmasından imtina etməsini açıqlayıb. Onun sözlərinə görə, qlobal səhiyyə böhranı təcili tədbirlər tələb edir.

“Rəhbərliyin məqsədi mümkün qədər çox insanı mümkün qədər təhlükəsiz və effektiv peyvəndlə təmin etməkdir”, – deyə Tay vurğulayır.

Xatırladaq ki, tibbi məhsullara patent hüquqlarının ləğv edilməsini ilk dəfə 2020-ci ilin oktyabrında Hindistan və Cənubi Afrika təklif edib. O vaxtdan bəri demək olar ki, 60 ölkə bu ideyanı dəstəkləyib.

Bir çox Amerika əczaçılıq şirkəti ABŞ-ın peyvənd patentlərindən imtina etməsinə qarşı çıxıb. Ən çox da “Microsoft” korporasiyasının qurucusu Bill Gates buna etiraz edib. Onun fikrincə, dünyada peyvənd istehsal edən zavodlar çox deyil. Və hər bir müəssisə sınaqdan keçirilməlidir, tədqiq edilməlidir. Bundan sonra milyarderi alimlər və aktivistlər tənqid edib.

Son xəbərlər
Digər xəbərlər