8 C
Baku
Friday, December 13, 2024

Avro dəyərini itirir

Ötən gün bir avro 1.13 dollara satılıb. Bu, 2003-cü ildən bəri, yəni son on bir ildə ən aşağı səviyyədir.

Hesab Vaxtı Avro dollara nisbətdə ən aşağı həddə düşüb. Ötən gün bir avro 1.13 dollara satılıb. Bu, 2003-cü ildən bəri, yəni son on bir ildə ən aşağı səviyyədir.

Avropa Mərkəzi Bankı böyük istiqraz alma proqramını açıqlayıb. Bank bu proqramın inflyasiyanı dərinləşdirəcəyinə ümid edir. On doqquz aylıq proqram 1 trilyon avroya başa gələcək. Məqsəd inflasiyanı sürətləndirmək və real iqtisadiyyata kredit ayrılmasını gücləndirməkdir.

Plan səhm bazarlarında artıma səbəb olub. Almaniyada səhmlər 1.3 faiz artıb, Fransada da bu rəqəm 1.3 faiz olub.

Xatırladaq ki, səhm qiymətləri yanvarın 23-də Asiyada da artıb.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər