Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun sonlarında Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə Ukrayna Nazirlər Kabinetindəki mənbədən məlumat verilib.
Denis Şmıqalın səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
Görüşlərdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün həyata keçiriləcək layihələr, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.