Onlayn-reteyler “Amazon” rekord 18.5 milyard dollarlıq istiqraz yerləşdirib.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib. Qeyd edildiyi kimi, borc kağızlarının dövriyyə müddəti 40 il təşkil edir.
Agentlik yerləşdirmə ilə həmçinin “Citigroup Inc.”, “JPMorgan Chase & Co.”, “Morgan Stanley and Wells Fargo & Co.” kimi bankların məşğul olduğunu bildirir.
Plana görə, əldə edilmiş gəlir borcun yenidən maliyyələşdirilməsinə və səhmlərin satın alınmasına xərclənəcək. Şirkətin direktorlar şurası 2016-cı ildə 5 milyard dollarlıq səhm geri alınmasına icazə verib.
Bundan əlavə, toplanan vəsaitlər əldə etmə və dövriyyə kapitalını əhatən edən ümumi korporativ məqsədlərə yönəldiləcək. Xüsusilə ikiillik istiqrazların yerləşdirilməsindən əldə olunan gəlir yaşıl nəqliyyat, bərpa olunan enerji və davamlı binalar da daxil olmaqla, ətraf mühit və sosial layihələrə yönəldiləcək.
Agentliyin qeyd etdiyi kimi, “Amazon” 15 milyard dollarlıq səhm satmağı planlaşdırır.