İyunun 24-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, yığıncaq “Azər-Türk Bank”ın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Azər-Türk Bank” ASC-nin 2020-ci il üzrə fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi barədə, “Azər-Türk Bank” ASC-nin 2020-ci ilin mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi barədə, “Azər-Türk Bank” ASC-nin 2020-ci il üzrə illik idarəetmə hesabatının təsdiq edilməsi barədə məsələlər daxildir.
Qeyd edək ki, Azər Türk Bank-ın 1 yanvar 2021-ci il tarixinə bölüşdürülməmiş mənfəətinin həcmi 4.06 milyon manat idi.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.