9.1 C
Baku
Wednesday, November 6, 2024

Neftin qiyməti 1%-dən çox ucuzlaşdı

Birjalarda neftin qiyməti ötəngünkü bahalaşmadan sonra bu gün ucuzlaşmağa başlayıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:43-da Londonun ICE birjasında iyul fyuçerslərində Brent markalı xam neft 0.71 dollar, yaxud 1.03% ucuzlaşmaqla 68 dollar/barrel səviyyəsinə düşüb.

Nyu-Yorkun Nymex əmtəə birjasında WTI markalı xam neft iyun fyuçerslərində 0.76 dollar, yaxud 1.16% qiymət itirməklə 64.73 dollar/barrelə qədər geriləyib.

Son xəbərlər
Digər xəbərlər