15 C
Baku
Sunday, November 24, 2024

Dünyanın 500 ən nüfuzlu müsəlmanlarının adları açıqlandı

Hər il İordaniya kral strateji tədqiqatlar institutu tərəfindən qlobal ekspert sorğusu əsasında tərtib olunan siyahıda müsəlman aləminin 500 ən görkəmli iş adamlarının adları açıqlanıb. Siyahıda ilk yeri əl- Xəzər Əhməd Məhəmməd at-Tayeb tutur. İkinci yerdə isə Səudiyyə Ərəbistanın kralı Abdulladır. Üçüncü mövqeyi isə İranın lideri Ayatulla Xomenei, ondan sonra isə İordaniyanın və Mərakeşin monarxları tuturlar.

Türkiyənin baş naziri Ərdoğan bu il altıncı yeri tuta bilib, yeddinci yerdə isə İndoneziyanın prezidenti Susilo Bambanq Yodxyonono, səkkizinci yerdə İraq şiyələrinin lideri Ayatolla Sistani, doqquzuncu yerdə Omanın sultanı Kabus tuturlar və bu onluğu Abu Dabinin varis şahzadəsi və BƏƏ ali komandanı şeyx Məhəmməd bin Zayed an-Naxyan bağlayır.

Aydındır ki, ilk onluqda siyasi və yaxud ini-siyasi fəaliyyətlə məşğul olan insanlar tutub. Lider onluqdan sonra türk alimi və vaizi Fətullah Gülən gəlir.

Keçən ili reytinqlə müqayisədə indiki reytnqdə nisbətən aşağı mövqeyilərdə Misirin liderləri «Müsəlman qardaşları»- şeyx Məhəmməd Badia, Hayrat aş- Şater, eks prezident Mursi və həkim Yusif əl- Kardavi yerləşiblər. Onların nüfuzlarının azaldığı açıq aşkardır. Lakin bunun səbəbi onların şəxsi avtoritetlərinin və yaxud xarizmalaranın gözdən düşməsində deyil, Misir hökmdarlarının zorakı alsiyalarının nəticəsidir.

2013-cü ilin siyahısında bir necə nəfər yeni sima var. Onların arasında pakistanlı məktəbli Malala Yusifzai, İranın prezidenti Həsən Rouxani, Pakistanın baş naziri Navaz Şarif, İndoneziyada məşhur olan vazi Xalib Lütfi Yahya və digərləri var.

Son xəbərlər
Digər xəbərlər