“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini “neqativ”dən “stabil”ə qaldırıb.
Banker.az xəbər verir ki, “Fitch” Dövlət Neft şirkətinin reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bildirilir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə (BB+/stabil) müvafiqdir.
Qısamüddətli reytinq isə “B+” səviyyəsində təsdiqlənib.