10 C
Baku
Wednesday, December 11, 2024

Elman Rüstəmov neftin qiyməti ilə bağlı proqnoz verdi

“Kifayət qədər manevr imkanlarımız var”.

Azərbaycan neftin qiymətinin yüksək olduğu illərdə konstruktiv iqtisadi davranış göstərərək çox əhəmiyyətlə bir “maliyyə yastığı” yaradıb. Bu “maliyyə yastığı”nın əhəmiyyəti ondan ibarətdir ki, neftin qiymətinin azaldığı vaxtda ölkə bütövlükdə öz xərclərini, makroiqtisadi sabitliyini hamarlasın, bu vəsaitlərdən istifadə etsin.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov dünya birjalarında neftin ucuzlaşması məsələsini şərh edərkən bildirib.

“Bizim kifayət qədər manevr imkanlarımız var. Bu manevr imkanları bizə cari ilin vəzifələrini yerinə yetirməyə kömək edəcək”, – deyə baş bankir qeyd edib.

Bununla yanaşı, E.Rüstəmov bildirib ki, neftin ucuzlaşması “həm tələb, həm təklif” amili ilə bağlıdır.

Neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan E.Rüstəmov aparıcı beynəlxalq maliyyə institutlarının hesablamalarına əsaslanaraq deyib ki, “qara qızıl”ın 1 bareli 40-60 dollar civarında satılacaq.

“Qlobal böhranın başladığı 2008-ci ildən bəri Azərbaycanda iqtisadi inkişaf davam edir. Hər il olduğu kimi, 2015-ci il üçün də hədəflər çox böyükdür. Heç bir şübhə yoxdur ki, Azərbaycan iqtisadi inkişaf və makroiqtisadi sabitlik üzrə qarşıya qoyulan hədəflərə çatacaq”, – deyə o bildirib.

APA.az

Son xəbərlər
Digər xəbərlər