“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2021-ci il iyul ayının 30-da səhər saat 10:00-da Azərbaycan Respublikası Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6 ünvanında yerləşən Hyatt Regency Otelin Görüş və Konfrans Mərkəzinin Quba zalında keçiriləcəkdir.
Banker.az şirkətin elanına istinadən xəbər verir ki, səhmdarların qeydiyyatı zalın foyesində saat 08:45-dən 09:45-dək aparılacaqdır.
“Holcim (Azərbaycan)”nın səhmdarlarının iclasındakı gündəliyə bunlar daxil edilib:
- “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;
- “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi;
- 2019-cu maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsi məsələsinə baxılması;
- “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
- 2020-ci maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsi məsələsinə baxılması
- Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi
- Təftiş Komissiyasına üzvlərin təyin edilməsi
- “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi
- “Holcim (Azərbaycan)” ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi
- “Holcim (Azərbaycan)” ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi
- “Holcim (Azərbaycan)” ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LafargeHolcim International Finance” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.
“Ümumi Yığıncaq CovId-19 pandemiya vəziyyəti ilə əlaqədar olaraq karantin və sanitariya tələblərinə riayət edilməklə keçiriləcəkdir. Buna görə də karantin və sanitariya tələblərinə ciddi qaydada riayət etməyinizi xahiş edirik” – deyə elanda bildirilir.