10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 6 quşçuluq şirkətin səhmləri ucuz qiymətə satışa çıxarılır

Azərbaycanın quşçuluq şirkətləri səhmlərini ucuz qiymətə satışa çıxarır.

Banker.az xəbər verir ki, bu şirkətlər “Ağdaş Quşçuluq”, “Bakı Broyler-1″,” Biləsuvar Broyler”, “Çatal Broyler”, “Salyan broyler”, “Salyan Reproduktor Quşçuluq” şirkətləridir.

Hər bir səhmin nominal qiyməti 2 manatdır. Səhmlərin qiyməti ilə linkdən tanış olmaq olar.

Pul hərracı 2021-ci il iyun ayının 29-da saat 09:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər