Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxma halları təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, COVID-19-un təhlükəli növünün aşkarlandığı 5 şəxs Gürcüstana müxtəlif tarixlərdə daxil olublar. Müxtəlif ölkə vətəndaşları olan həmin şəxslərin 3-ü artıq ölkəni tərk edib.
Yerdə qalanlar təcrid olunub, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.