“Coinbase” kriptobirjası iyunun 3-dən “Dogecoin”in ticarətinə başladığını açıqlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bu xəbərin fonunda “Dogecoin”in qiyməti son sutkada 30% artıb. “Binance”ın məlumatına görə, Bakı vaxtı ilə 14:25-də kriptovalyutanın dəyəri 0.4 dollar təşkil edib.
İlkin mərhələdə “Dogecoin” fiat dollar, funt sterlinq, avro və rəqəmsal valyutalar ilə satılacaq. Ticarət üç mərhələdən ibarət olacaq: yerləşdirmə, limitli və tam ticarət. “Coinbase” mərhələlərdən birində ticarətin “sağlam və nizamlı bazarın qiymətləndirilməsinə uyğun gəlmədiyini” aşkar etsə, ticarəti dayandıracağını qeyd edib.
“Dogecoin” (DOGE) 2013-cü ildə ənənəvi kriptovalyutalara alternativ olaraq yaradılıb. Onun yaradıcıları Cekson Palmer və Billi Markusdur. “Bitcoin”dən fərqli olaraq, “Dogecoin”in mayninqində heç bir limit yoxdur. Hər dəqiqə dünyada 10 min yeni token mayninq olunur.






