10 C
Baku
Thursday, December 12, 2024

ABŞ və Türkiyə prezidentlərinin görüşündən gözlənti nədir?

14-20 iyun tarixlərində ABŞ-Türkiyə, ABŞ-Rusiya prezidentlərinin görüşləri, NATO ölkələri başçılarının sammiti, Avropa Birliyi-ABŞ ölkə başçılarının sammiti önəmli hadisələr ən azı növbəti 1 il üçün dünyanın siyasi və iqtisadi platformalarında gedişatı və tendensiyaları təxmin etməyə, müəyyən dərəcədə proznozlaşdırmağa imkan verəcək.

Ölkəmizin də diqqətlə izləyəcəyi və gözlədiyi ABŞ və Türkiyə prezidentlərini görüşü çox vacib və həyəcanvericidir. Bu görüş həm də Türkiyə iqtisadiyyatının vəziyyətinə və bundan sonrakı taleyinə də təsir göstərəcək.

Düşdüyü böhranlardan çıxma və güclənmə təcrübəsi olan qardaş ölkə Türkiyə bu dəfə nisbətən fərqli vəziyyətdədir. Öncəki böhranlar dövründə S-400 məsələsi və bu məsələdən qaynaqlanan digər siyasi və iqtisadi təzyiqlər də yox idi. Ən əsası isə, güclü istehsal gücü, formalaşmış iqtisadi sistemi, ixracatı olan Türkiyənin əlini bağlayan ən böyük amil monetar siyasətdir. Valyuta ehtiyatlarının əriməsi isə Türkiyənin bərpa dövründə əl-qolunu bağlayan əsas amillərdən birinə çevrildi. Görüşün müvəffəqiyyətli keçməsinin ən böyük müsbət nəticələrindən biri də Türkiyəyə investisiya/valyuta girişinin artması olar.

Əsas çətinliklərdən biri də Türkiyənin həm faiz, həm məşğulluq, həm də valyuta ehtiyatları problemlərini (siyasi məsələlərə toxunmuram) eyni zamanda həll etməyə məhkum olması deyil. Zatən böhranlar zamanı bu problemlərin hamısı ortaya çıxır və həlli vacib məsələlərə çevrilir. Əsas çətinlik bu məsələlərin həllinin bir-birlərini dəstəkləyən deyil, bir-birlərinə mane olan, boğan amillər olmasıdır. Yəni, birinin həlli digərinin vəziyyətini daha da çətinləşdirir. Daxili imkanlar hesabına həlli getdikcə çətinləşən bu problemləri xaricdən daxil olacaq investisiyalar və təzyiqlərin azalması hesabına daha sürətlə həll etmək mümkündür. Turizmin artması xidmət sektoruna valyuta axını və nisbətən də məşğulluq problemlərinin yumşalması (tam həlli deyil) deməkdir. (Əgər olarsa) təkcə turizm sektorunda ölkəyə girən valyutanın digər sahələrdəki problemlərin həllinə dəstək ola bilməsi ehtimalı vardır, amma bütün problemlərin həllinə dərman ola biləcəyi inandırıcı deyil. Bu isə yaranın sağalması deyil, ağrısının nisbətən azalması deməkdir.

Siyasi tərəfdən isə, 14 iyunda baş tutması gözlənilən ABŞ-Türkiyə prezidentlərinin görüşü taleyüklü bir görüş kimi təkcə Türkiyəni, Azərbaycanı deyil, həm də Yaxın Şərqi, Avropanı, Çini, Rusiyanı, Böyük Britaniyanı, digər NATO ölkələrini və ABŞ-ın özünü də ciddi şəkildə maraqlandırır və diqqət mərkəzindədir.

Elman Sadıqov,
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər