“Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinə birinci müavin təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Həsən Quliyevdir (tam adı: Quliyev Həsən Cəfər oğlu) .
H.Quliyev buna qədər İdarə Heyəti sədrinin müavini idi.
Beləliklə, 2021-ci ilin iyun ayından etibarən H.Quliyev, yeni sədr təyin edilmiş Filiz Yunus Emrenin 1-ci müavini vəzifəsində çalışacaq.
O, 2017-ci ilin martından İdarə Heyətinin üzvi seçilmişdir. Bu vəzifəni daşımaqla paralel Baş risk inzibatçısi vəzifəsini icra edirdi.
“Bank of Baku” ASC-də isə ilk dəfə 2010-cu ildə baş audit icraçısı kimi gəlmiş, 2015-ci ildə Risklərin idarə edilməsi departamentinin direktoru təyin edilmişdi.