Helen Keller (27 iyun 1880 – 1 iyun 1968) kor və kar amerikalı yazıçı, müəllimə və ictimai xadimdir.
Uşaqlıq yaşlarında o, görmə və eşitmə qabiliyyətini itirir. Öz müəlliməsi Anna Sallivanın sayəsində Helen öz üzərində çox çalışaraq məktəbi və daha sonra kolleji bitirir.
O, yazıçı və ictimai xadim kimi, həmçinin imkanları məhdud şəxslərin (əlillərin) haqlarının qoruyucusu kimi şöhrət qazanır.
Helen belə yazırdı: “Məndən mənim gözlərimi aldılar – mən Miltnun cənnətini yada saldım. Məndən mənim qulaqlarımı aldılar – Betxoven gəldi və mənim göz yaşlarımı sildi. Məndən mənim dilimi aldılar – lakin mən Allahla danışmağa başladım. O, məndən mənim ruhumun alınmasına icazə vermədi. Bu ruha sahib olaraq mən hər şeyi sahib olmuş oluram”.