9 C
Baku
Thursday, December 12, 2024

Kreditlər manatda artıb, xarici valyutada azalıb

Kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2020-ci ilin aprel ayı ilə müqayisədə 2021-ci ilin 4 ayı ərzində 159 milyon manat azalaraq, mart ayı ilə müqayisədə aprel ayında isə 260 milyon manat artaraq 1 may 2021-ci il tarixində 14 milyard 988 milyon manata çatıb.

Banker.az Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasına istinadən xəbər verir ki, kredit təşkilatlarının 14 milyard 987.5 milyon manatlıq kredit qoyuluşlarının 10 milyard 836.4 milyon manatını milli valyutada kreditlər, 4 milyard 151.1 milyon manatını xarici valyutada kreditlər təşkil edib.

Milli valyutada kreditlərin 699.3 milyon manatının, xarici valyutada kreditlərin isə 222.2 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).

2020-ci ilin aprel ayı ilə müqayisədə cari ilin 4 ayı ərzində Manat kreditləri 657 milyon manat artıb, xarici valyutada kreditlər isə 817 milyon manat azalıb.

Son xəbərlər
Digər xəbərlər