10 C
Baku
Thursday, December 12, 2024

Bitkoin Salvadorun rəsmi valyutası kimi tanınandan sonra 10% bahalaşıb

Salvador bitkoin kriptovalyutasını rəsmi ödəmə vasitəsi kimi tanıyan ilk ölkə olub.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, onun dəyəri təxminən 10% artıb və pik nöqtədə 37 692 dollar təşkil edib.

coindesk BTC chart 2021 06 10

Xatırladaq ki, 9 iyunda Salvador parlamenti bitkoinə rəsmi ödəmə vasitəsi statusunu verən qanun qəbul edib. Yaxın zamanda sənəd ölkə prezidenti Nayib Bukele tərəfindən imzalanacaq.

O, bitkoinin rəsmi ödəmə vasitəsi olaraq tanınmasının ölkənin ÜDM-sinin təxminən 20%-ni təşkil edən miqrantların köçürmələrini asanlaşdıracağını söyləyib.

Son xəbərlər
Digər xəbərlər